Xəbər lenti

Qubada zəlzələ oldu
Ölkə 23:00 09.12.2025

Qubada zəlzələ oldu

Yerli vaxtla saat 22:18-də Quba stansiyasından 19 km şimalda, Quba rayonunda 3,3 maqnitudada zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->