Xəbər lenti

Qumar saytından 2 min pul uddu, 3 min manat cərimələndi
phrase_var_qaynar. 16:47 23.02.2026

Qumar saytından 2 min pul uddu, 3 min manat cərimələndi

Qumar saytından 2 min manat udan şəxs 3 min manat cərimələnib. 

Qanarinfo-nun məlumatına görə, 1999-cu ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olmuş və həmin kənddə yaşayan F.G. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib, işə məhkəmədə baxılıb. 

Məlum olub ki, F.G. "Pin Up" onlayn qumar saytına daxil olaraq kazino oynayıb və 6 ay ərzində 2 min manata yaxın pul udub. O məhkəmədə deyib ki, hansı məbləğdə pul uduzduğunu bilmir. Çünki uduzduğu pul udduğundan daha çoxdur. Həmçinin qeyd edib ki, ona tətbiq edilən cəriməni ödəmək iqtidarında olmayacaq.

Məhkəmənin qərar ilə təqsirləndirilən şəxs 3000 manat məbləğində inzibati cərimə edilib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->