Xəbər lenti

Rəşad Sadıqov:
İdman 12:54 21.06.2026

Rəşad Sadıqov: "Turan Tovuz"un cəzalandırılacağını daha əvvəl bilsəydik...

"Turan Tovuz"un UEFA tərəfindən cəzalandırılacağını daha əvvəl bilsəydik, yaxşı olardı".

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis bildirib ki, hazırkı vəziyyətdə "Sumqayıt" və "Araz-Naxçıvan" komandalarının da etiraz etmək üçün əsasları var: "Əgər onlar bunu əvvəlcədən bilsəydilər, avrokuboklar uğrunda mübarizədən bu qədər tez kənarda qalmazdılar".

Baş məşqçi qeyd edib ki, məsələnin müzakirəsi zamanı Konfrans Liqasından imtina variantı da nəzərdən keçirilib: "Hətta rəhbərliklə söhbətlərimizdə bu ehtimalı dəyərləndirdik. Ancaq belə bir addım atılsaydı, "Zirə" də cəzalandırıla bilərdi. Bu səbəbdən digər klubları günahlandırmaq düzgün deyil".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->