Xəbər lenti

Rubio: Hər iki tərəfin kifayət qədər sərt
phrase_var_qaynar. 11:42 01.08.2026

Rubio: Hər iki tərəfin kifayət qədər sərt "qırmızı xətləri" var

ABŞ dövlət katibi Marko Rubio Ukraynada müharibənin dayandırılması məqsədilə yaxın vaxtlarda sülh danışıqlarının bərpası istiqamətində yeni cəhdlərin ediləcəyini bildirib və bu prosesin uğuru üçün əsas şərti açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində bildirib.

"Yaxın bir neçə həftə ərzində Rusiya ilə Ukrayna arasında danışıqları yenidən başlatmağın və bu müharibəyə son qoymağın mümkün olub-olmadığını müəyyən etmək üçün müəyyən səylər göstəriləcək", deyə Rubio qeyd edib.

Dövlət katibi vurğulayıb ki, tərəflərin mövqelərini yaxınlaşdırmaq son dərəcə çətin olacaq və buna nail olunmadan danışıqlarda irəliləyiş əldə etmək mümkün deyil:

"Hər iki tərəfin kifayət qədər sərt "qırmızı xətləri" var. Biz bu "qırmızı xətləri" heç olmasa müəyyən qədər yaxınlaşdıra bilməyincə, istədiyimiz nəticəyə nail ola bilməyəcəyik".

Bununla yanaşı, ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton sülh danışıqlarını irəli aparmaq üçün yaranan hər bir imkandan istifadə etməyə hazırdır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->