NATO-nun üzv dövlətlərindən olan Rumıniyada hava məkanını pozan xarici pilotsuz uçuş aparatının yaşayış binasına çırpılması nəticəsində azı 2 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA Rusiya Federasiyasına məxsus olub.
Rumıniya Xarici İşlər Nazirliyi bildirib ki, Qalaç şəhərində yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və alyansın baş katibini məlumatlandırıb.
Məlumata görə, Buxarest pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.
Nazirlik bildirib ki, məsələ ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr davam etdirilir.
Qeyd olunub ki, Rusiya Federasiyası bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa öhdəlik daşıyır.
Şərhlər