Xəbər lenti

Sərdar Cəlaloğlunun partiyası qeydə alındı
phrase_var_qaynar. 10:37 08.09.2023

Sərdar Cəlaloğlunun partiyası qeydə alındı

Azərbaycan Demokrat Partiyası (ADP) Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri Sərdar Cəlaloğlu deyib.
 
O bildirib ki, iki gün əvvəl Ədliyyə Nazirliyindən partiyaya zəng olunub və üzvlərin reyistr siyahısı ilə bağlı müraciətin qəbul oldunduğunu bildiriblər:

"Birinci müraciətdə siyahıda texniki problemlər yaranmışdı. Sonra həmin problemlərin hər birini dəqiqliyi ilə işlədik. Partiya fəaliyyətini davam etdirəcək”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->