Xəbər lenti

Sevinc Çılğınla
Sənət 12:48 18.04.2026

Sevinc Çılğınla "Poeziya saatı" keçiriləcək

Tanınmış şair Sevinc Çılğının iştirakı ilə şeirsevərlər üçün "Poeziya saatı" adlı görüş təşkil olunacaq.

Qaynarinfo xəbər verir ki, tədbirdə müəllifin poeziya və musiqinin incə ahəngini özündə birləşdirən "ADAGİO" adlı şeirlər kitabından şeirlər səsləndiriləcək.

Görüş 18 aprel saat 15:00-da "Park Bulvar"da baş tutacaq. Tədbirə giriş sərbəstdir və bütün poeziya, ədəbiyyat həvəskarları dəvətlidir.
 

--> -->