Xəbər lenti

Ölkə 10:54 23.06.2026

"Space"nin yeni rəhbərinə müşavir təyin edildi

Space TV-də Baş direktorun müşaviri vəzifəsinə təyinat olub.

Valyuta.az xəbər verir ki, bu vəzifə Elçin İsmayılova həvalə edilib.

O, 2022-2025-ci illərdə "Fonem Creative"şirkətində Kreativ direktor, 2023-2024-cü illərdə "Kapital Bank"da Baş kreativ mütəxəssis, "Kontakt Home"da Baş kopirayter və Kreativ direktor vəzifəsində çalışıb. 

Qeyd edək ki, Elçin İsmayılov "Puzzle Agency"nin təsisçisidir.

O, 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb.

Xatırladaq  ki, "Space" TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Bu ilin may ayında "Space" televiziyasının təsisçisinin qərarı ilə isə Ayaz Mustafayev kanalın baş direktoru təyin olunub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->