Xəbər lenti

Sürücüsünü özü ilə apardı, köhnəni başqa vəzifəyə keçirdi
Ölkə 13:51 25.11.2025

Sürücüsünü özü ilə apardı, köhnəni başqa vəzifəyə keçirdi

Qax Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Orucov Baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.

Baş mütəxəssis - sürücü vəzifəsinə isə Səxavət Əhədov təyinat alıb. O, bundan əvvəl də E.Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü olub.

Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->