Xəbər lenti

TBMM sədri Azərbaycana gələcək
phrase_var_qaynar. 12:08 22.06.2026

TBMM sədri Azərbaycana gələcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyi (İSİPAB) 20-ci konfransında iştirak etmək məqsədilə 23–24 iyun 2026-cı il tarixlərində Azərbaycana səfər edəcək.

Bu barədə Qaynarinfo-ya Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.

Bakıda keçiriləcək konfransda İslam ölkələri arasında siyasi, iqtisadi və parlament əməkdaşlıqlarından müharibələr və böhranlar səbəbindən yerindən edilmiş milyonlarla insan üçün beynəlxalq həmrəylik çağırışına qədər müxtəlif mövzularda mesajlar verməsi gözlənilən Kurtulmuş həmçinin iştirakçı ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->