Xəbər lenti

Maqazin 12:30 23.12.2025

"Toya az adam dəvət etdim, cəmi 300 nəfər" - Əlikram Bayramov

Dünən müğənni Əlikram Bayramovun evində şad gün olub. Sənətçi nəvəsinin kiçik toy məclisini edib.
 
Əlikram Bayramov Qaynarinfo-ya açıqlamasında 3 məclisi bir yerdə keçirdiyini bildirib:

"Əkiz nəvələrdən biri oğlandır. Dünən ona kiçik toy məclisi etdim. Əkiz nəvələrimlə mən eyni gündə doğulmuşuq. Odur ki, düşündüm, nəvə-baba ad günlərimizi də elə kiçik toy məclisinə salaq. Beləcə 3 məclisi bir arada kiçik toy şəkilində qeyd etdik. Toya çox az adam dəvət etdim. Cəmi 300 nəfər. İnşallah, nəvələrin böyük toyunda iki dəfə artıq adam dəvət edəcəyəm”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->