Xəbər lenti

Türkiyədə tarixi gün: Mourinyo rəsmən
phrase_var_qaynar. 22:26 02.06.2024

Türkiyədə tarixi gün: Mourinyo rəsmən "Fənərbağça"da

Portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo Türkiyənin "Fənərbağça” klubunun baş məşqçisi olub.

Qaynarinfo xəbər verir ki, "Şükrü Saraçoğlu Stadionu”nda imzalanan müqaviləyə əsasən 61 yaşlı mütəxəssis Türkiyənin futbol klubunu 3 il ərzində çalışdıracaq.

Azarkeşlərə müraciət edən yeni baş məşqçi deyib: "Futbol sizin və bizim üçün bir ehtirasdır. Siz çox böyük bir fanat qrupusunuz. Türkiyə futboluna kömək etmək və Türkiyə liqasını inkişaf etdirmək üçün burada işləmək istəyirəm. Əslində isə önəmli olan "Fənərbaxça”dır”

Qeyd edək ki, Joze Mourinyo İstanbul nəhəngi ilə müqavilədən nə qədər maaş alacağı məlum deyil.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->