Xəbər lenti

Ukraynalı futbolçu Azərbaycan klubundan getdi
İdman 15:15 30.05.2026

Ukraynalı futbolçu Azərbaycan klubundan getdi

Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, Vladislav Veremeyevlə yollar ayrılıb. Ukraynalı müdafiəçinin bölkə təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, Vladislav Veremeyev 2025-ci ilin yanvar ayından "Şamaxı”da çıxış edirdi.
--> -->