Xəbər lenti

Vuçiç Serbiya prezidentliyinə namizəd olmayacaq
İdman 15:08 01.06.2026

Vuçiç Serbiya prezidentliyinə namizəd olmayacaq

Serbiyanın keçmiş baş nazir müavini və "Sosialistlər Hərəkatı”nın sədri Aleksandar Vulin hazırkı prezident Aleksandar Vuçiçin növbəti preziden seçkilərində iştirak etməyəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

"Xeyr", deyə Vulin Vuçiçin istefası ilə bağlı açıqlamalarının onun yenidən namizəd olma niyyətini ifadə edib-etmədiyi barədə suala cavabında bildirib.

Keçmiş baş nazir müavini qeyd edib ki, Vuçiç konstitusion liderdir və Serbiya Konstitusiyasına əsasən prezident yalnız iki müddət vəzifədə qala bilər. Bununla belə, Vulin hazırkı dövlət başçısının vəzifədən getdikdən sonra Serbiyanın yeni siyasi həyatında mühüm rol oynamağa davam edəcəyinə əminliyini ifadə edib.

"O, hələ də çox mühüm oyunçu olacaq və onun rolu hələ bitməyib. Lakin o, artıq Serbiya prezidenti olmayacaq", deyə Vulin qeyd edib.

25 mayda Çinə səfəri zamanı Vuçiç yaxın vaxtlarda istefa ərizəsi verə biləcəyini bildirib. O, həmçinin keçmiş prezident Boris Tadiçin nümunəsi kimi səlahiyyətlərini məhdudlaşdırmaq niyyətində olmadığını qeyd edib. Onun ikinci prezidentlik müddəti 2027-ci ilin yazında başa çatır.

Aydın

--> -->