Xəbər lenti

Vüqar Kərəmov kəmərini qoruya bilmədi
phrase_var_qaynar. 22:43 04.11.2023

Vüqar Kərəmov kəmərini qoruya bilmədi

Bakıda "Rizin" Döyüş Federasiyasının "Landmark 7" turniri başa çatıb.

Qaynarinfo-nun məlumatına görə, gecənin əsas görüşü Azərbaycan təmsilçisi Vüqar Kərəmovla (66 kq) yaponiyalı Çihiro Suzuki arasında keçirilib.

31 yaşlı MMA döyüşçümüz rəqibinə uduzaraq kəmərini qoruya bilməyib.

Suzuki ilk raundda nokautla qalib gəlib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->