Xəbər lenti

Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi
Ölkə 10:49 15.12.2025

Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi

Balakən Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Natiq Ağayev əmr imzalayıb.

Əmrə əsasən, icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva işdən çıxarılıb. Hələlik onun yerinə təyinat yoxdur.

Xatırladaq ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev həbs edilib. Mehparə Nuriyeva da İslam Rzayevin dövründə onun müavini vəzifəsində çalışıb. 

Onu da qeyd edək ki, Natiq Ağayev İslam Rzayevin həbsindən 13 gün sonra - noyabrın 12-də Balakən rayonunun icra başçısı təyin edilib.


 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->