Xəbər lenti

Zeynəb Xanlarovaya hörmətsizlik - Nəfəsin mahnı seçimi aranı qatdı
Maqazin 11:30 18.03.2026

Zeynəb Xanlarovaya hörmətsizlik - Nəfəsin mahnı seçimi aranı qatdı

Müğənni Nəfəsin Xalq artisti Zeynəb Xanlarovaya qarşı hörmətsizlik etdiyi iddia olunur.
 
Qaynarinfo xəbər verir ki, müğənni Zeynəb Xanlarovanın şah əsərlərindən sayılan "Mənim Leylam” mahnısını səsləndirib. Yeni aranjimanda ifa olunan mahnı izləyicilər tərəfindən tənqid olunub və bu addım bir çoxları tərəfindən Zeynəb Xanlarovanın yaradıcılığına hörmətsizlik kimi qiymətləndirilib. 

İzləyicilər bildirirlər ki, Nəfəs "Mənim Leylam” mahnısını Zeynəb Xanlarovanın razılığı olmadan ifa edib. Onların fikrincə, Xalq artisti heç vaxt onun illərlə qoruduğu repertuara bu şəkildə müdaxiləyə icazə verməzdi. 

Qeyd edək ki, "Leylam” (və ya "Mənim Leylam”) mahnısının musiqisi mərhum bəstəkar Ələkbər Tağıyevə məxsusdur. Mahnının sözlərinin isə xalq yaradıcılığı olduğu bildirilir. 

Bahar Rüstəmli

--> -->