ABŞ-də məşğulluq artımı noyabr ayında durğun səviyyədə qalsa da, işsizlik səviyyəsi son dörd ilin ən yüksək həddinə çatıb.
Qaynarinfo-nun "Bloomberg"ə istinadla ver4diyi xəbərə görə, kənd təsərrüfatı sektoru istisna olmaqla məşğulluq oktyabr ayında 105 min nəfər azaldıqdan sonra, noyabr ayında 64 min nəfər artıb. Bu isə əmək bazarında son aylarda müşahidə olunan dalğalanmaların davam etdiyini göstərir.
Oktyabr ayının göstəricilərinə xüsusilə dövlət sektorundakı ixtisarlar təsir edib. İqtisadçıların fikrincə, zəif göstəricilərə baxmayaraq, ABŞ Federal Ehtiyat Sisteminin (Fed) yeni faiz endiriminə gedəcəyi hələ dəqiq deyil.
"Pantheon Macroeconomics”in baş ABŞ iqtisadçısı Samuel Tombs bildirib: "Əmək bazarındakı zəiflik davam edir, lakin pisləşmənin sürəti çox yəqin ki, yanvar ayında Federal Açıq Bazar Komitəsini (FOMC) əlavə yumşalmaya təşviq edəcək qədər sürətli deyil”.
"Evercore ISI” şirkətinin iqtisadçısı Krişna Guha yayımladığı qeyddə məşğulluq göstəricilərinə "stəkana dolu tərəfindən baxaraq” yanaşdıqlarını vurğulayıb və əlavə edib: "Hesab edirik ki, Fed də bu cür yanaşacaq. Bu göstəricilərin qısamüddətli perspektivdə əlavə faiz endirimi üçün yetərincə zəif olduğunu düşünmürük”.
"Bloomberg”in iqtisadçıları isə həm oktyabr, həm də noyabr ayının göstəricilərinin zəif olduğunu bildiriblər. Anna Vong və Stüart Polun da daxil olduğu qrupun açıqlamasında qeyd olunur: "Özəl sektorda məşğulluqda (çox yavaş olsa da) canlanma əlaməti var və süni intellektə əsaslanan məlumat mərkəzlərinin tələbi tikinti sahəsində çalışan işçilər üçün məşğulluqda hərəkətlilik yaradır. Lakin məşğulluğun müəyyən sahələrdə cəmlənməsi narahatedicidir və geriyə baxdıqda, FOMC-nin dekabr iclasında faiz endirimlərinə getməsi düzgün qərar idi”.
Digər tərəfdən, oktyabr ayında ABŞ-da pərakəndə satışlar, avtomobil satışlarındakı azalma digər kateqoriyalardakı güclü xərclərlə kompensasiya edildiyindən, ciddi dəyişiklik göstərməyib.
Aydın
Şərhlər