Xəbər lenti

Bakıda yağışa görə azyaşlı xəstəxanalıq oldu (VİDEO)
Video 22:38 10.12.2025

Bakıda yağışa görə azyaşlı xəstəxanalıq oldu (VİDEO)

Artıq bir neçə gündür ölkə ərazisində yağıntılı hava müşahidə edilir.

Qaynarinfo xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərini su basıb, nəqliyyatın hərəkəti çətinləşib.

"Musavat.com” bildirir ki, Türkan qəsəbəsində də eyni mənzərə müşahidə olunur.

Belə ki, qısa müddətdə yağan yağış qəsəbəni su altında qoyub. Hətta qəfil yaranan gölməçələrdən birində azyaşlı uşaq yıxılaraq xəsarət alıb və xəstəxanalıq olub.

Sakinlərin sözlərinə görə, yağış yağan kimi qəsəbə keçilməz olur, su yolları basır, evlərə dolur.
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->