Xəbər lenti

Bir qadın Lənkəranın Diryan kəndinin taleyini dəyişdi (VİDEO)
Video 10:35 15.12.2025

Bir qadın Lənkəranın Diryan kəndinin taleyini dəyişdi (VİDEO)

 

Lənkəranın Diryan kəndində təxminən 1000 nəfər yaşayır. Lakin kəndin yazılmamış qaydaları var. Son illərə kimi burada qızların oxuyub ali məktəbə daxil olması, təhsil almaq üçün şəhərə getməsi xoş qarşılanmayıb.

Qaynarinfo İTV-yə istinadən xəbər verir ki, bütün bunlara baxmayaraq, Mehmanə Mirzəzadə Diryanın ilk ali təhsilli qadınıdır. O, şagird kimi çıxdığı məktəbə müəllim kimi qayıdıb.

M. Mirzəzadənin əzmi sayəsində kəndin qızlarının taleyi dəyişib, təhsil almağa həvəsləniblər.

"Qızların oxumağına o qədər biganə yanaşırdılar ki, düşündüm bu çəpəri aşıb öz məqsədimə çatacağam. Maddi çətinliyim oldu. Gedib-gəlməyə şəraitimiz yoxdur, amma bu gün buradayamsa, deməli, bunları aşmışam. Mənim müəllim olmağım, həm də qız şagirdlərimdə motivasiya yaradır”, - o bildirib.

Qeyd edək ki, Mehmanə Mirzəzadə 2018-ci ildə Diryan kənd məktəbini bitirib və Lənkəran Dövlət Universitetinə daxil olub.

Daha ətraflı videomaterialda:

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->