Bakı–Tiflis–Qars (BTQ) dəmir yolu xətti modernləşdirilmədən sonra tam istismara verilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, xəttin istifadəyə verilməsi rəsmi açılış mərasimi çərçivəsində simvolik düymənin basılması ilə qeyd olunub.
Rəsmi şəxslər birlikdə simvolik düyməni basaraq dəmir yolunun yeni mərhələdə istifadəyə verildiyini elan ediblər.
BTQ Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində marşrutun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Mütəxəssislərin fikrincə, xəttin tam istismara verilməsi Orta Dəhlizin imkanlarını genişləndirəcək, Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların həcmini artıracaq və regionun tranzit potensialını daha da gücləndirəcək.
Şərhlər