Gəncə Şəhər Birləşmiş Xəstəxanası "Az Yer İnşaat" MMC satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının (TTYX) Travmotologiya şöbəsinin əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Əsaslı təmir işlərinə görə şirkətə 2 471 381,6 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Az Yer İnşaat" MMC 20 dekabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, ev 44A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Şəbəndəyev İltimas İlyas oğludur.
Açıq mənbələrdə "Az Yer İnşaat" MMC haqqında heç bir məlumat yoxdur. İltimas Şəbəndiyev barəsində də hər hansı məlumata rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan aydın olur ki, "Az Yer İnşaat" MMC ötən il Bakı Apellyasiya Məhkəməsi ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 54 607,98 manat olan müqavilədə cari təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılovdur. O, 2024-cü ilin fevralında bu vəzifəyə təyin olunub. İlkin İsmayılov əvvəllər Gəncə Şəhər 1 saylı Xəstəxananın baş həkimi vəzifəsində işləyib.
Seyid
Şərhlər