Xəbər lenti

Ekonomiks 17:58 02.02.2026

"Göyçay Aqrotexservis" ABM-nin yoxlamasına maneə oldu

"Göyçay Aqrotexservis" Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində protokol tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank tərəfindən tərtib olunan protokol İnzibati Xətalar Məcəlləsinin 548.1-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) maddəsi ilə yazılıb və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Mərkəzi Bankın əməkdaşları tərəfindən yoxlamaların keçirilməsinə ASC tərəfindən maneçilik törədilib. ASC-nin İnzibati Xətaları Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilib. 

Məhkəmənin qərarı ilə "Göyçay Aqrotexservis" ASC-yə 1500 manat məbləğdə cərimə təyin edilib. 

Qeyd edək ki, nizamnamə kapitalı 836938 manat olan ASC-nin qanuni təmsilçisi Abdullayev Şamil Paşa oğludur. 

Aydın
--> -->