Xəbər lenti

İdman 12:07 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

"Qarabağ"ın sabiq futbolçusu Caba Dvali 41 yaşında vəfat edib.

Qaynarinfo Gürcüstan mətbuatına istinadla xəbər verir ki, keçmiş hücumçu ürəktutmasından dünyasını dəyişib.

O, karyerası ərzində Gürcüstanın "Dinamo” (Tbilisi) və "Zestafoni” klublarının da formasını geyinib.

Caba Dvali 2014-cü ildə Ağdam təmsilçisinin şərəfini qoruyub və cəmi 5 görüşdə meydana çıxıb. O, Gürcüstan milli komandasının heyətində isə bir oyun keçirib.
--> -->