Xəbər lenti

Tovuzda ərə verilən yeniyetmə qız: “Hə cavabıdır, nişan və üzük yoxdur” (VİDEO)
Video 21:11 16.12.2025

Tovuzda ərə verilən yeniyetmə qız: “Hə cavabıdır, nişan və üzük yoxdur” (VİDEO)

14 yaşlı qızı ərə vermək istədilər. Dərhal qarşısı alındı..

Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları da həmin mərasimin qarşısını alıblar.
Qızın anası iddiaları qəbul etməyib. Onun sözlərinə görə, kənd ərazisindəki kafelərdən birində qızının gələcəkdə sözlənməsi üçün "hə" mərasimi təşkil olunub. 

Kafe sahibi də öz növbəsində mərasimin toy olmasını təkzib edib. Sahibkar həmçinin bildirib ki, yeniyetmənin ailəsi ona başqa şəxsiyyət vəsiqəsi təqdim edərək yalnış məlumat verib.

Yeniyetmə özü yaşının 14 olduğunu təsdiq etsə də, o da gələcəkdə ailə qurmaq üçün "hə" mərasiminin keçirildiyini bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  
 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->