Tenderin adı:"AFB BANK”ASC tərəfindən Marketinq agentliyi
xidmətlərinin satın alınması
Tenderin
elan tarixi: 17.12.2025
İştirak
üçün sənəd qəbulunun son tarixi: 26.12.2025
Tender
təkliflərinin son qəbul tarixi : 09.01.2026
Tenderdə
iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə
iştirak etmək üçün yazılı müraciət (ərizə)
- tender
təklifi(tender zərflərinin
açıldığı tarixdən (25 noyabr 2025-ci il) sonra azı 30 (otuz) iş günü
qüvvədə olmalıdır
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan
keçdiyi ölkə və bank rekvizitləri;
- iddiaçının Azərbaycan Respublikasında
vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş
öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- iddiaçının son bir ildəki (əgər daha az müddət
fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti
haqqında bank arayışı
Göstəriləcək xidmətlərin siyahısı:
Ø Copywriting və
Kommunikasiya
- SMM postları üçün reklam
xarakterli mətnlərin hazırlanması.
- Bayram və əlamətdar günlər
üçün təbrik məzmunlarının yazılması.
- Kampaniyalar üçün kreativ
adların və sloganalrın təklif edilməsi.
- Vebsayt üçün mətnlərin
yazılması və mütəmadi yenilənməsi.
- Story və TikTok üçün
yaradıcı video kontent ideyalarının verilməsi.
- Reklam məqsədli Push və SMS
mətnlərinin hazırlanması.
- Radio reklamları üçün
səsləndirmə mətnlərinin hazırlanması.
- Reklam filmləri üçün
skriptlərin hazırlanması.
Ø Dizayn İşləri
- Sosial media üçün aylıq post
dizaynları (statik və dinamik – minimum 12 dizayn).
- Sosial media postlarının
bütün adaptasiyalarının hazırlanması.
- Çap məhsullarının dizaynı
(leaflet, buklet, poster, açıqca və digər materiallar).
Ø Foto və Video
İstehsalı
- Ayda minimum 4 dəfə brendə
uyğun foto çəkilişlərin həyata keçirilməsi.
- Ayda 4 ədəd qısa video
kontent (Reels və s.) hazırlanması.
- Animasiya çarxlarının
yaradılması (mövzudan asılı olaraq qrafik animasiya və motion dizayn).
Ø Digər Kreativ və
Marketinq Xidmətləri
- Özəl günlər üçün brendinq
olunmuş korporativ hədiyyələrə dair təkliflərin verilməsi.
- Bazar trendlərinin
izlənilməsi və mütəmadi əsaslandırılmış təkliflərin təqdim edilməsi.
- Böhran vəziyyətinin analizi,
kommunikasiya idarəetməsi və strategiyanın hazırlanması.
- Bayram və digər özəl günlər
üçün xüsusi kommunikasiya və kampaniya planlarının hazırlanması.
- Sosial media hesablarının
idarə olunması, təhlükəsizlik tədbirlərinin görülməsi və ümumi nəzarət.
- Səhifə statistikasının
artımı üçün strategiyaların hazırlanması və icrası.
- Müsabiqələr, giveaway-lər və
ya digər interaktiv fəaliyyətlərlə orqanik izləyici artımının təmin
edilməsi.
- Blogger və influencerlərlə
əməkdaşlıq strategiyalarının hazırlanması və idarə olunması.
- Həftəlik və aylıq analitik
hesabatların hazırlanması.
- Aylıq sosial media post
planının hazırlanması.
- Məhsul və kampaniyalar üzrə
kommunikasiya planlarının hazırlanması.
· Rəqiblərin
analizi və tələb olunan formatda hesabatların təqdim edilməsi.
*Bəndlər
üzrə qiymətlər ayrı-ayrı qeyd edilməlidir.
Tender
təklifinin valyutası
Tender
təkliflərinin qiymətləndirilməsi və müqayisəsi Azərbaycan Respublikasının milli
valyutasında aparılır.
Ödəniş şərtləri
Xidmətlər üçün təsdiq
ediləcək məbləğ hər ay təhvil-təslim
sənədləri imzalandıqdan sonra 10 iş günü ərzində ödəniləcək.
Tenderdə
iştirak etmək istəyən şirkətlər qiymət
təkliflərini tələb edilən sənədlər ilə
birlikdə qapalı zərfdə 26.12.2025-ci il -tarixinə kimi, qiymət təkliflərini
isə 09.01.2026-cı il tarixinə kimi poçt
vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466)
ünvanına göndərməlidir. Tenderdə iştirakı təsdiq edilən şirkətlərə 27.12.2025-ci
il tarixində əsas şərtlər toplusu və digər məlumatlar göndəriləcək. Yaranacaq
suallarla bağlı e-mail vasitəsi
ilə ([email protected] ) müraciət edə
və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.
Şərhlər