Xəbər lenti

FED faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxladı
Ekonomiks 23:32 18.03.2026

FED faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxladı

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 3,5-3,75 % səviyyəsində saxlayıb.

Bu barədə FED-nin məlumatında deyilir.

"Yaxın Şərqdəki hadisələrin ABŞ iqtisadiyyatı üçün nəticələri qeyri-müəyyən olaraq qalır. Komitə risklərə diqqətlə yanaşır. Komitə maksimum məşğulluğun dəstəklənməsinə və inflyasiyanın 2 %-lik hədəf səviyyəsinə qaytarılmasına qətiyyətlə sadiqdir", - məlumatda bildirilib.

FED daha öncə faiz dərəcələrini 0,25 % səviyyəsində saxlamışdı.
--> -->