Xəbər lenti

Azərbaycan klublarının gəlirləri:
İdman 15:41 17.12.2025

Azərbaycan klublarının gəlirləri: "Qarabağ" qazandığından çox xərcləyib - MƏBLƏĞ

Azərbaycan klublarının 2024-cü il gəlir və xərcləri açıqlanıb. 

Qaynarinfo AFFA-nın hesabatına istinadən xəbər verir ki, ən çox gəlir və xərc "Qarabağ”ın payına düşüb. Klub 34 milyon 753 min manat gəlir əldə etsə də, 35 milyon 630 nin manat xərcləyib. 

"Neftçi”nin gəliri 28 milyon 617 min, xərcləri 28 milyon 737 min manat olub. "Sabah”ın ümumi gəliri 26 milyon 953 min manat, xərcləri 26 milyon 236 min manat təşkil edib.

"Zirə", "Sumqayıt”, "Araz-Naxçıvan”, "Turan Tovuz”, "Kəpəz” və "Şamaxı”nın gəlir və xərcləri isə bir-birinə yaxın olub. "Səbail” xərcləri gəlirini üstələyən klublardan biridir.

10 klubun ümumi gəliri 137 milyon 387 min 463 manat, xərcləri 136 milyon 785 min 686 manat təşkil edib.

"Qarabağ"
Gəlir: 34 milyon 753 min 800 manat
Xərc: 35 milyon 630 min 700 manat

"Neftçi”
Gəlir: 28 milyon 617 min 506 manat
Xərc: 28 milyon 737 min 905 manat xərcə düşüb. 

"Sabah”
Gəlir: 26 milyon 953 min 800 manat
Xərc: 26 milyon 236 min 600 manat

"Zirə”:
Gəlir: 10 milyon 968 min 897 manat
Xərc: 10 milyon 946 min 081 manat

"Sumqayıt”:
Gəlir: 9 milyon 178 min 060 manat
Xərc: 9 milyon 071 600 manat

"Səbail”: 
Gəlir: 7 milyon 799 min 500 manat
Xərc: 8 milyon 094 min 600 manat

"Araz-Naxçıvan”:
Gəlir: 6 milyon 208 min 100 manat
Xərc: 5 milyon 939 min 700 manat

"Turan Tovuz”:
Gəlir: 6 milyon 145 min 200 manat
Xərc: 6 milyon 133 min 100 manat

"Kəpəz”:
Gəlir: 3 milyon 711 min 300 manat
Xərc: 3 milyon 491 min 800 manat

"Şamaxı”:
Gəlir: 3 milyon 51 min 300 manat
Xərc: 2 milyon 503 min 600 manat

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->