Xəbər lenti

Azərbaycan millisinin sabiq futbolçusuna
İdman 16:27 11.12.2025

Azərbaycan millisinin sabiq futbolçusuna "stop" qoyuldu - 7,8 min borca görə...

Azərbaycanın "Sabah", "Araz-Naxçıvan" və "Zirə" futbol klublarının keçmiş oyunçusu İldar Ələkbərovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, buna səbəb futbolçunun dövlət büdcəsinə 7 829,85 manat borcunun olmasıdır. 

Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraicət edərək İldar Ələkbərovun ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib. Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qurumun ərizəsini təmin edib. 

Qeyd edək ki, İldar Ruslan oğlu Ələkbərov 2001-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində doğulub. 2019-2021-ci illərdə Rusiyanın "Stroqino" (Moskva) və "Nefteximik" Klublarında oynayıb. O, 2021-2025-ci illərdə Azərbaycanın "Sabah", "Araz-Naxçıvan" (icarə) və "Zirə" klublarında forma geyinib. 2025-ci ilin əvvəlində isə Qırğızıstanın "Alay" klubuna keçib. 

İldar Ələkbərov 2021-ci ildə Azərbaycanın U-21 milisinə cəlb olunub və 9 oyunda bir qol vurub.

Seyid 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->