Xəbər lenti

Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola düşdü (FOTO)
Foto 15:42 01.02.2026

Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola düşdü (FOTO)

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 25 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu gün, 1 fevralda Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib.

Daha sonra qatar Gürcüstana keçəcək, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu ( 19 900 tona yaxın) taxıl göndərilib.
--> -->