Xəbər lenti

FIFA DÇ-2026-da qapıçı zədələri zamanı taktiki fasilələri qadağan etdi
İdman 15:27 01.06.2026

FIFA DÇ-2026-da qapıçı zədələri zamanı taktiki fasilələri qadağan etdi

FİFA 2026-cı il Dünya Kubokunda qapıçı zədələri səbəbindən taktiki fasilələri qadağan edib.

FIFA 2026-cı il dünya çempionatında qapıçı zədələri səbəbindən yaranan fasilələrdən taktiki məsləhətləşmələr üçün istifadə olunmasını qadağan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "BBC Sport" məlumat yayıb.

Yeni qaydaya əsasən, qapıçıya tibbi yardım göstərildiyi zaman meydandakı oyunçular ehtiyat oyunçular skamyasına yaxınlaşa və məşqçi heyəti ilə ünsiyyət qura bilməyəcəklər. Bu dəyişiklik oyunda vaxt uzadılmasının və əvvəlki dövrlərdə məşqçilər tərəfindən taktiki düzəlişlər üçün istifadə edilən qeyri-rəsmi fasilələrin qarşısını almağa yönəlib.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə oynanılacaq. 

Aydın
--> -->