Xəbər lenti

Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır
Siyasət 19:01 25.06.2026

Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Qaynarinfo xəbər verir ki, H. Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik", - o bildirib və əlavə edib ki, görüşdə Azərbaycan və NATO arasında qarşılıqlı uyğunluğun artırılması istiqamətində əldə edilmiş irəliləyiş qeyd olunub:

"Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->