Xəbər lenti

Hikmət Hacıyev: Cənubi Qafqazda yeni status-kvo yaradırıq
Siyasət 14:52 06.12.2025

Hikmət Hacıyev: Cənubi Qafqazda yeni status-kvo yaradırıq

Ədalətli sülhə əsaslanaraq biz Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq.

APA "Aljazeera” ya istinadən xəbər verir ki, bunu Qətərdə keçirilən "Doha Forumu”nda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, yaxın vaxtlarda imzalanan bir çox sülh razılaşmaları nəticəsiz qalıb, çünki razılaşmalar imzalandıqdan sonra tərəflər özlərini komfort zonasında hiss edir.

"Azərbaycan və Ermənistan isə bu vəziyyətdən yayınmağa çalışır. Hər iki tərəf anlayır ki, sülh üzüyuxarı istiqamətdə bir prosesdir və buna görə də çox çalışmaq lazımdır”, Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, rəsmi Bakı və İrəvan mütəmadi olaraq kontaktdadır və iki ölkə arasında əldə olunan razılaşmaların icrasına çalışır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->