Xəbər lenti

İcra başçısı müavinini işdən çıxardı - Yeni təyinat
Ölkə 14:16 11.09.2023

İcra başçısı müavinini işdən çıxardı - Yeni təyinat

Babək rayon icra başçısının müavini işdən azad olunub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Babək Rayon İcra hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb. 

Sərəncama əsasən, icra başçısının 1-ci müavini Heydər Həsən oğlu Əliyev işdən çıxarılıb. İcra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->