Xəbər lenti

Məmməd İbrahimlinin apellyasiya şikayətinə baxıldı
Ölkə 15:13 08.12.2025

Məmməd İbrahimlinin apellyasiya şikayətinə baxıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahimli barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahimli barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxıb.

Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Məmməd İbrahimli barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki şəxs Ramiz Mehdiyev barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində saxlanılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->