Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəislərin yerini dəyişib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə polkovnik Vüqar Qüdrət oğlu Ağayev FHN-nin Muğan Regional Mərkəzi vəzifəsindən azad olunaraq, Şimal-Qərb Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
Şimal-Qərb Regional Mərkəzinin rəisi, polkovnik Ceyhun Babayev isə Muğan Regional Mərkəzinin rəisi təyin edilib.
FHN-dən məlumatı təsdiqləyiblər.
Aydın
Şərhlər