Xəbər lenti

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? (DOSYE)
Ölkə 14:45 15.12.2025

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? (DOSYE)

Xəbər verdiyimiz kimi, Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qaynarinfo xəb ər verir ki, Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq fakültəsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub.

O, 1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant olub.

2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi kimi çaklşlb.

Aida Hüseyn 2024-cü ildə Azərbaycan Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->