Xəbər lenti

Almaniyanın dövlət borcu tarixi rekord səviyyəyə çatdı
Dünya 20:20 01.02.2026

Almaniyanın dövlət borcu tarixi rekord səviyyəyə çatdı

Almaniyanın dövlət borcu Rusiya ilə bağlı Avropa İttifaqının sanksiya siyasəti fonunda rekord səviyyəyə yüksəlib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "RIA Novosti” Almaniya Statistika İdarəsinə (Destatis) istinadən yazıb.

Agentliyin qiymətləndirməsinə görə, 2025-ci ilin üçüncü rübündə Almaniyanın dövlət borcu 2,79 trilyon avro təşkil edib, halbuki 2021-ci ilin birinci rübündə bu göstərici 2,38 trilyon avro olub. Beləliklə, göstərilən dövrdə ümumi borclanma 17,3% artaraq müşahidə tarixində ən yüksək səviyyəyə çatıb.

Federal büdcənin xərclərindən biri Avropanın ümumi siyasəti çərçivəsində Ukraynaya maliyyə dəstəyidir. Agentliyin, Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına əsaslanaraq hesablamasına görə, bu dövrdə Almaniyanın da ən böyük donor olduğu Avropa İttifaqı Kiyevə təxminən 95 milyard dollar göndərib. Bunun içində Almaniyanın payı təxminən 1,7 milyard dollar olub.

Maliyyə müşaviri və "Rodin.Capital” şirkətinin təsisçisi Aleksey Rodin agentliyə bildirib ki, Berlin Ukrayna məsələsində çətin vəziyyətdədir. Onun qiymətləndirməsinə görə, maliyyələşdirmə həcmi nisbətən məqbul səviyyədədir, lakin bu xərci tamamilə dayandırmaq ehtimalı azdır.

Biznes məsləhətçisi və "Rusiyaev Klubu”nun təsisçisi İlya Rusiyaev isə bildirib ki, dövlət borcunun daha da artması Almaniyanın iqtisadiyyatı üçün risklər yaradır. O vurğulayıb ki, faiz xərclərinin artması büdcə çevikliyini azaldır və yeni borclanmaya yol vermədən investisiya və sosial proqramlar üçün resursları məhdudlaşdırır.

Aydın
--> -->