Xəbər lenti

Bakıda illərdir istifadəsiz qalan avtobuslar (VİDEO)
Video 12:58 16.12.2025

Bakıda illərdir istifadəsiz qalan avtobuslar (VİDEO)

Meyvəli bazarın yaxınlığında 2015-ci ildə alınmış "Iveco" markalı avtobuslar artıq iki ildən çoxdur ki, istifadəsiz vəziyyətdə saxlanılır.

Qaynarinfo xəbər verir ki, vətəndaşın BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirdiyinə görə, sözügedən avtobusların qapıları açıqdır və texniki vəziyyəti baxımsız haldadır.

Maraqlısı ondadır ki, paytaxtın bəzi kənd və qəsəbələrində xətt üzrə işləyən avtobuslar köhnə və istismar müddətini başa vurmuş vəziyyətdədir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->