Aktrisa Üzel Kərimovanın getdiyi restoranda başına iş gəlib.
Qaynarinfo xəbər verir ki, bu haqda aktrisa özü məlumat yayıb. O bildirib ki, rəfiqəsi və onun ailəsi ilə restorana gediblər. Üzel bir qrup şəxsin rəfiqəsinin ərinə hücum edib, onu döydüklərini deyib:
"Yaşadıqlarımızdan sonra oturduğum yerdən tərpənə bilmirdim. Danışmaqdan çox əlimdə paylaşacaq materiallar var. Getdiyimiz məkanla bağlı məlumat paylaşdım, məni hadisəni törədənlər hədələdi. Qəza baş verdi, onun böyüdüb hadisəyə çevirdilər. Bizim bildiyimiz dörd nəfər bir nəfəri təkləyib, ölümünə döyüb. Ekspertizanın rəyinə görə gözünün biri görməyə, digəri zəif görə bilər. Polis əməkdaşları vəzifələrini yerinə yetirilər".
Aktrisa məsələ ilə bağlı polisə şikayət etdiklərini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Qafqazinfo-nun məlumatına görə, hadisə martın 18-i axşam saatlarında paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən restoranda baş verib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Şərhlər