Bəzi sürücülər hesab edirlər ki, yalnız bahalı avtomobillər etibarlı ola bilər. Lakin satışda kifayət qədər münasib qiymətli və nadir hallarda nasazlıqla üzləşən modellər də mövcuddur.
Qaynarinfo xəbər verir ki, "SlashGear" nəşrində ABŞ-da 25 000 dollara qədər qiymətə almaq mümkün olan 15 ən etibarlı krossover açıqlanıb.
Reytinq "Kelley Blue Book" tərəfindən aparılan avtomobil etibarlılığı araşdırmalarına əsaslanır.
25 000 dollara qədər olan 15 ən etibarlı krossover:
"Chevrolet Trax"
"Toyota Highlander"
"Mazda CX-5"
"Buick Enclave"
"Chevrolet Trailblazer"
"Hyundai Venue"
"Nissan Murano"
"Toyota RAV4 Hybrid"
"Honda HR-V"
"Kia Telluride"
"Mercedes-Benz GLA"
"Audi Q5"
"Audi Q7"
"Acura MDX"
"Kia Seltos"
Bu reytinqdə ən etibarlı krossoverlər dördüncü nəsil "Toyota RAV4 Hybrid", ikinci nəsil "Chevrolet Trax" və üçüncü nəsil "Nissan Murano" olub. Bu avtomobillərin hər biri etibarlılıq üzrə 5 üzərindən 4,7 bal toplayıb. Mütəxəssislərin sözlərinə görə, bu modellər ciddi nasazlıqlarla çox nadir hallarda üzləşir.
"Toyota Highlander", "Mazda CX-5", "Buick Enclave" və "Hyundai Venue" etibarlılıq üzrə 5 üzərindən 4,6 bal alıb. Digər modellər də yüksək etibarlılıq nümayiş etdirib, lakin liderlərdən bir qədər geri qalıb.
Aydın
Şərhlər