Xəbər lenti

ABŞ-ın Ermənistandakı səfiri: Türkiyə “Tramp marşrutu”nda əsas rol oynayır
Siyasət 19:20 15.12.2025

ABŞ-ın Ermənistandakı səfiri: Türkiyə “Tramp marşrutu”nda əsas rol oynayır

Türkiyə "Tramp marşrutu” (TRIPP) layihəsində əsas rol oynayır.

APA xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin "CivilNet”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqton İrəvanla yanaşı, layihənin təşviqi və həyata keçirilməsi üçün bütün zəruri addımları həyata keçirmək üçün Ankara ilə birbaşa qarşılıqlı fəaliyyət göstərir.

Diplomat qeyd edib ki, ABŞ TRIPP-ə Şərqlə Qərbi, daha geniş kontekstdə isə Mərkəzi Asiyanı Qərbi Avropa ilə əlaqələndirə bilən marşrut kimi baxır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->