Xəbər lenti

Eldar Mansurovun məmur oğlu işdən çıxarıldı
Ölkə 09:50 27.11.2017

Eldar Mansurovun məmur oğlu işdən çıxarıldı

Azərpoçt MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

Azərpoçt MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, Azərpoçt MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.

Xatırladaq ki, Ü.Mansurov Azərpoçt MMC-dən öncə Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->