Açıq ürək əməliyyatı keçirən Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikovun vəziyyəti stabildir. Onun bu gün reanimasiyadan palataya köçürüləcəyi gözlənilir.
Bu barədə Qaynarinfo-ya sənətkarın oğlu Samir Məlikov məlumat verib.
O bildirib ki, həkimlər əməliyyatın uğurla keçdiyini və Aqil Məlikovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər:
"Bu gün həkimlər onu müayinə edib, danışdırıblar. Hər şey normal və qaydasında gedir".
Qeyd edək ki, Aqil Məlikovun səhhəti qəfil pisləşdikdən sonra aparılan müayinələr zamanı ürəyində ciddi problem aşkarlanıb. Bu səbəbdən o, iyulun 31-də açıq ürək əməliyyatı keçirib.
Bahar Rüstəmli
Şərhlər