Xəbər lenti

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutuna yeni akkreditasiya attestatı təqdim edildi (FOTO)
Foto 17:47 11.12.2025

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutuna yeni akkreditasiya attestatı təqdim edildi (FOTO)

10 dekabr 2025-ci il tarixində Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Su və Meliorasiya Elmi Tədqiqat İnstitutuna AZS ISO/IEC 17024:2024 "Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair ümumi tələblər” standartı üzrə akkreditasiya attestatını təqdim edib.

Akkreditasiya institut üçün şəffaf, etibarlı və obyektiv meyarlara əsaslanan sertifikatlaşdırma proseslərinin təminatı, həmçinin mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəlməsi və sektorun inkişafına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır.

Attestatın təqdimatı AzAK‑ın mərkəzində baş tutmuş, ardından isə institutda bununla bağlı rəsmi tədbir keçirilib.

Tədbirdə AZS ISO/IEC 17024:2024 standartının əsas prinsipləri, İnstitutda formalaşdırılan uyğunluq prosesləri və bu yeniliklərin sektorda yaradacağı imkanlar barədə ətraflı məlumat təqdim olunub.

Bu nailiyyət İnstitutun sertifikatlaşdırma xidmətlərinin keyfiyyətinin daha da yüksəlməsinə və beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->