Xəbər lenti

Almanyada irqçilik hesabatı: Müsəlmanlar və qaradərililər ayrı-seçkiliyə məruz qalır
Dünya 18:48 08.12.2025

Almanyada irqçilik hesabatı: Müsəlmanlar və qaradərililər ayrı-seçkiliyə məruz qalır

Almaniyada hazırlanmış bir hesabat ölkədə yaşayan müsəlmanların və qaradərili şəxslərin mənzil bazarında sistematik ayrı-seçkiliyə məruz qaldığını ortaya qoyub. Hesabatın nəticə hissəsində qeyd olunub ki, mənzil sahəsində yaşanan bərabərsizliklər fərdi təcrübələrdən çox, struktur xarakterli bir problemdir və həm iqtisadi şərtlər, həm də irqi aidiyyətlə bağlı yanaşmalar bu vəziyyəti formalaşdırır.

Qaynarinfo xəbərt verir ki, Ayrı-seçkilik və İrqçilik üzrə Milli Monitor (NaDiRa) tərəfindən hazırlanmış "Bərabər yaşamamaq. İrqçilik və mənzil şəraiti" adlı hesabat Berlin şəhərində keçirilən mətbuat konfransında ictimaiyyətə təqdim edilib.

Hesabatda 9 min 512 nəfərlə aparılmış genişmiqyaslı araşdırma nəticəsində qaradərili, müsəlman və alman olmayan digər şəxslərin mənzil bazarında sistematik ayrı-seçkiliyə məruz qaldığı müəyyən edilib.

Qaradərili və müsəlman şəxslərin "evə baxış üçün dəvət" alma ehtimalının əhəmiyyətli dərəcədə aşağı olduğu qeyd edilən hesabatda, aparılan sahə sınaqlarında alman adları ilə göndərilən müraciətlərin daha çox cavab aldığı göstərilib.

Hesabatda bildirilib ki, qaradərili şəxslər və müsəlmanlar almanlara nisbətən daha dar və pis şəraitli mənzillərdə yaşayır, daha az etibarlı icarə müqavilələrinə malik olur və qonşuluq münasibətlərində ayrı-seçkilik xarakterli davranışlara daha tez-tez məruz qalırlar.

Araşdırmanın koordinatoru Dr. Tae Cun Kim, mənzilin fundamental bir insani ehtiyac olduğunu vurğulayaraq belə deyib: "Bu, qorunma, sabitlik və sosial iştirak təmin edir. Lakin Almaniyada kifayət qədər mənzil yoxdur və mövcud mənzillər də bərabər şəkildə bölüşdürülmür".

Kim əlavə edib ki, müsəlmanların və qaradərili şəxslərin təxminən 50 faizi mənzil bazarında şanslarını aşağı qiymətləndirir.

Alman İnteqrasiya və Miqrasiya Araşdırmaları Mərkəzinin (DeZIM) direktoru və sosiologiya professoru Frank Kalter bildirib ki, NaDiRa araşdırmanı apararkən beynəlxalq tədqiqatlarda olduğu kimi irqçiliyin fərqləndirilmiş bir anlayışına əsaslanıb: "Bu o deməkdir ki, irqçilik yalnız açıq formada deyil, həm də gizli və incə şəkildə, bəzən hətta qeyri-ixtiyari olaraq ortaya çıxa bilər; təkcə fərdi münasibət və hərəkətlərdə deyil, həm də institusional və struktur kontekstlərdə özünü göstərə bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->