Xəbər lenti

Əfv fərmanının verilməsini xahiş edəcəyik - Səadət Bənənyarlı
Ölkə 17:02 19.12.2025

Əfv fərmanının verilməsini xahiş edəcəyik - Səadət Bənənyarlı

"Biz Amnistiya aktı ilə yanaşı Əfv fərmanının da verilməsinin tərəfdarıyıq. Yaxın günlərdə bununla bağlı müraciət yayacağıq".

Bunu Qaynarinfo-ya açıqlamasında Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı Amnistiya aktından danışarkən deyib. 

Onun sözlərinə görə, hazırda sözügedən müraciət üzərində iş gedir:

"Amnistiya aktı 20 minə yaxın şəxsə şamil olunacaq. Bizim tərəfimizdən də siyahı tərtib edilib, amma bilmirik bu akt onlardan kimlərə şamil olunacaq. Bizdə olan məlumata görə, siyahıdakılarla bağlı amnistiya aktı çox az adama tətbiq oluna bilər. Ona görə də Amnistiya aktına paralel əfv fərmanının verilməsini xahiş edəcəyik".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->