Xəbər lenti

Ekonomiks 16:06 17.10.2025

"Bakı Metropoliteni"ndə daha bir rəis vəzifəsindən getdi - Səbəb nədir?

"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətində (QSC) daha bir departament rəisi vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Nəqliyyat və Xüsusi Texnika Departamentinin rəisi Həbib Hacıyev işdən çıxarılıb.
 
Həbib Hacıyevin vəzifəsindən azad olunması barədə məlumatı "Bakı Metropoliteni" QSC-dən təqsiqləyiblər. Bildirilib ki, Həbib Hacıyev öz xahişi ilə işdən ayrılıb. O, bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qərar verib.

Qeyd edək ki, bundan əvvəl QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub

Əhməd
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->