Xəbər lenti

Bakıda avtomobildən 6500 manat oğurlandı
Ölkə 15:27 06.12.2025

Bakıda avtomobildən 6500 manat oğurlandı

Bakıda avtomobildən 6500 manat oğurlayan şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki "Mercedes” markalı avtomobildən 6500 manat pul oğurlayıb. Avtomobil sahibi bu barədə polisə müraciət edib.

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində digər bir nəfərin 1200 dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->