Xəbər lenti

2026-cı ilin diqqətdən kənarda qalan ən yaxşı 10 oyunu (VİDEO)
Video 09:57 02.08.2026

2026-cı ilin diqqətdən kənarda qalan ən yaxşı 10 oyunu (VİDEO)

2026-cı il oyunsevərlərə "Resident Evil 9", "Forza Horizon 6" və "Assassin's Creed Black Flag" remeyki kimi səs-küylü layihələr təqdim etsə də, iri büdcəli oyunların kölgəsində qalan bir sıra uğurlu layihələr geniş auditoriyanın diqqətindən kənarda qalıb.

Qaynarinfo xəbər verir ki, "ScreenRant" nəşrinin jurnalistləri 2026-cı ilin daha çox diqqətə layiq hesab etdikləri 10 oyunun siyahısını təqdim ediblər.

Siyahıda yer alan oyunlar bunlardır:

* "GuildRun" – "Hearthstone"un keçmiş müəllifləri tərəfindən hazırlanan, "roguelike" elementləri olan təknəfərlik PvE "autobattler" oyunudur. Hazırda yalnız demo versiyası təqdim olunsa da, oyun artıq onlarla, hətta yüzlərlə saatlıq məzmun təklif edir.


* "Tides of Tomorrow" – digər oyunçuların qərarlarının süjetə təsir etdiyi asinxron çoxtərəfli rejimə malik eksperimental macəra oyunudur. Oyun dünyası əvvəlki oyunçuların seçimlərinə uyğun olaraq daim dəyişir.


* "Romeo Is a Dead Man" – "Suda51"in yeni layihəsidir. Baş qəhrəman Romeo ölümündən sonra yeni texnologiya sayəsində yenidən həyata qaytarılır və itkin düşmüş Cülyettanı axtarmağa başlayır. Oyun elmi fantastika, qorxu, fentezi və romantikanı birləşdirən dinamik aksiyon təqdim edir.


* "Planet of Lana II: Children of the Leaf" – elmi fantastika janrında platformer oyununun davamıdır. Oyunda qız və onun robot pişiyi yeni macəralara atılır. Davam oyununda qrafika, idarəetmə və tapşırıqlar daha da təkmilləşdirilib.


* "Reanimal" – "Little Nightmares" müəlliflərinin hazırladığı kooperativ qorxu oyunudur. Oyunda bacı və qardaş dostlarını xilas etmək üçün təhlükəli dünyadan keçməlidirlər. Layihə atmosferi, tapmacaları və canavar dizaynı ilə yüksək qiymətləndirilir.


* "Solateria" – Cənubi Koreyada hazırlanmış "Metroidvania" üslubunda oyundur. Yaddaşını itirmiş od döyüşçüsü itkin düşmüş kralı axtarmağa çıxır. Döyüş sistemi, xüsusilə də zərbələrin qarşısını alma mexanikası və səviyyə dizaynı təriflənir.


* "Screamer" – neon retrofuturistik üslub, döyüş elementləri və 1990-cı illərin estetikası ilə seçilən arkada yarış oyunudur. Əsas xüsusiyyəti hər iki analoq idarəetmə qolundan istifadə tələb edən unikal idarəetmə sistemidir.


* "Luna Abyss" – yadplanetli meqastruktur daxilində keçən "bullet-hell" elementli atıcı oyundur. Baş qəhrəman tədricən adi döyüşçüdən güclü məhv maşınına çevrilir və mürəkkəb platforma səviyyələrini dəf edir.


* "Replaced" – kiberpank üslubunda hazırlanmış 2.5D aksiyon-platformeridir. Oyunun qəhrəmanı insan bədənində qalmış süni intellektdir və güclü korporasiyanın sirrlərini araşdırır.


* "Crisol: Theater of Idols" – jurnalistlərin "BioShock" və "Resident Evil"in sintezi kimi xarakterizə etdiyi qaranlıq qorxu oyunudur. Baş qəhrəman sursat hazırlamaq üçün öz qanından istifadə edir, hadisələr isə qotik üslubda təsvir olunan İspaniyada cərəyan edir.


Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->